İzmir zəlzələsində həlak olanların sayı 109-yə çatdı – YENİLƏNİB

  • Space TV
  • 3 Noyabr 2020 17:28

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həyatını itirənlərin sayı 109-a çatıb.

Spacetv.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayır.

Zəlzələ nəticəsində yaralanan 1036 nəfərin 138-nin müxtəlif xəstəxanalarda müalicəsi davam edir.

16:09

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 107-yə, xəsarət alanların sayı isə 1 027-yə yüksəlib.

Spacetv.az xəbər verir ki, məlumatı “RİA Novosti” yazıb.

13:49

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 105-ə yüksəlib.

Spacetv.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yazıb.

10:30

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 100-ə, yaralananların sayı isə 994-ə çatıb.

Spacetv.az xəbər verir ki, bununla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

02.11.2020. 17:21

Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 85-ə çatıb. 

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.

14:16

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb.

“Haber Global”ın yaydığı məlumata görə, Ətraf Mühit və Şəhərsalma Nazirliyindən bildirilib ki, zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb.

11:18

İzmirdə baş vermiş 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 79 nəfərə çatıb. 

Spacetv.az xəbər verir ki, bununla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Bildirilib ki, hadisə nəticəsində ümumilikdə 962 nəfər xəsarət alıb. Onlardan 743-ü müalicə olunaraq evə buraxılıb. 219 nəfərin müalicəsi davam etdirilir.

Hazırda 8 binada axtarış-xilasetmə işləri davam edir.

Zəlzələdən sonra 1120 avterşok qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun