İzmirdə daha 2 zəlzələ oldu

  • SpaceTV
  • 30 Oktyabr 2020 17:17

Türkiyənin İzmir şəhərinin Urla və Seferihisar rayonlarında 3 dəqiqəlik ara ilə daha iki zəlzələ baş verib. Hər ikisi 4 bal gücündə olub.

Spacetv.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Urladakı yeraltı təkan 25 km, Səfərihisardakı isə 7 km dərinlikdə qeydə alınıb.

Bildirilib ki, həmçinin Ege dənizində, Yunanıstanın Samos adasının yaxınlığında 2,5 km dərinlikdə 4 bal gücündə zəlzələ qeydə alınıb.

Xatırladaq ki, İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ nəticəsində azı bir bina çöküb.

Paylaş

 Xəbəriniz olsun