İzmirdə dəhşətli yanğın: 58 avtomobil külə döndü

  • Space TV
  • 24 Avqust 2020 10:15

Türkiyənin İzmir şəhərində yanğın hadisəsi baş verib. 

Spacetv.az xəbər verir ki, bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, İzmirin Səfərihisar bölgəsində otluq sahədə meydana gələn yanğın qısa müddətdə ətrafa yayılıb. Həmin əraziyə yaxın çimərlikdə dincələn vətəndaşların park halında olan avtomobilləri də alovların içərisində qalıb. 

Qeyd olunur ki, əraziyə üç helikopter və 12 yanğınsöndürən cəlb olunub. Alov söndürülsə də, 58 avtomobil külə dönüb.

Yerli bələdiyyənin imkanları ilə avtomobilləri yararsız hala düşmüş vətəndaşlar evlərinə yola salınıb.

Paylaş

 Xəbəriniz olsun