İzmir sakinlərinə evlərini tərk etməmək barədə xəbərdarlıq edilib

  • Space TV
  • 2 Fevral 2021 16:43

Türkiyənin İzmir şəhərində gecə saatlarında başlayan leysan yağışları nəticəsində bir nəfər sel sularının qurbanı olub.

Spacetv.az “Sondakika”ya istinadən xəbər verir ki, bu barədə İzmirin bələdiyyə başçısı Yavuz Selim Kosger məlumat verib.

O deyib ki, təbii fəlakət nəticəsində həlak olan kişinin 50 yaşı olub.

Öz növbəsində İzmir şəhər bələdiyyəsi vətəndaşlara müraciət ünvanlayıb.

Müraciətdə vətəndaşlardan xüsusi zərurət olmadıqda mənzillərini tərk etməmək tövsiyə olunur.

Xatırladaq ki, dünən İzmirdə həm də silsilə yeraltı təkanlar baş verib.

Paylaş

 Xəbəriniz olsun