İxtisaslaşdırılmış kurslar başa çatıb

  • SpaceTV
  • 18 Oktyabr 2019 16:45

Şimal bölgəsi üzrə seçki dairələrində də seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara yekun vurulub. 54 saylı Şabran – Siyəzən  seçki dairəsində təşkil olunan kursun sonuncu günündə üç əsas mövzu üzrə maarifləndirmə işi aparılıb, müvafiq təlimatlar verilib.Dairə seçki komissiyasının sədri Saleh Təhməzov  məruzəsində bələdiyyə seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi, həmçinin bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri haqqında məlumat verib.

Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Şahin Əsədli məruzəsində seçki prosesində KİV-lərin rolundan, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrindən danışıb.Dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyasının sədrlərinin qatıldığı kursda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən keçirilən tədbirlər dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsində, onların peşə hazırlığının daha da təkmilləşdirilməsində mühüm rol oynayır.

Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun