İxtisas seçimi bu gün başa çatır

  • SpaceTV
  • 6 Avqust 2019 11:12

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək

SPACE.TV-Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır. 

İxtisas seçimi saat 23:59-dək davam edəcək. 

Abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməli və ixtisas seçimi etməklə ərizələrini təsdiq etməlidirlər. 

Elektron ərizəsini təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Paylaş

 Xəbəriniz olsun