İtkin düşən kişinin meyiti tapıldı

  • Space TV
  • 26 Noyabr 2019 12:29

Salyanda kişi meyiti aşkarlanıb.

SPACE TV-in bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

İki gün əvvəl itkin düşmüş Xıdırlı kənd sakini, 1984-cü il təvəllüdlü Paşayev Qabil Valeh oğlunun meyiti Yenikənd kəndində məktəb binasının yaxınlığında aşkar edilib.

Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun