İtkin düşən iki yaşlı uşaq xilas edildi – FOTO

  • Space TV
  • 6 Mart 2021 16:10

Polis itkin düşən iki yaşlı uşağı xilas etdi.

Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qaraoğlan kənd sakini sonuncu dəfə yaşadıqları evin qarşısında oynayan iki yaşlı övladının itkin düşdüyünü, onların apardıqları axtarışların nəticəsiz qaldığını bildirərək köməklik göstərilməsini xahiş edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, azyaşlının tez bir zamanda tapılması istiqamətində polis əməkdaşları kənd ərazisində, eləcə də rayonda dərhal axtarış tədbirlərinə başlayıblar. Həyata keçirilən operativ tədbirlər zamanı iki yaşlı A.B. axşam saatlarına doğru polis serjantı Rauf Yunusov tərəfindən su kanalının kənarında köməksiz vəziyyətdə tapılıb və ailəsinə təhvil verilib.

Paylaş

 Xəbəriniz olsun