İtkin düşən balıqçılardan üçü xilas edildi

  • SpaceTV
  • 9 Oktyabr 2019 10:48

Xəzər dənizində itkin düşmüş dörd balıqçıdan üçü xilas edilib. 

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, aparılmış birgə axtarış tədbirləri nəticəsində itmiş qayığın üç nəfər heyəti aşkar olunaraq xilas ediib və oktyabrın 9-da, saat 00:55 radələrində dənizdə dövlət sərhədinin mühafizəsində olan “Şahdağ” tipli gə­minin bortuna götürülüblər.

Xilas edilmiş balıqçılar ilkin tibbi yardım göstərilərək isti geyim və qida ilə təmin olunmuş, saat 07:10 radələrində Sahil Mühafizəsinin ba­za­sına gətirilib.

Xilas edilmiş şəxslərin Neftçala rayonu sakinləri 1980-ci il təvəllüdlü Babayev Valeh Vidadi oğlu, 1975-ci il təvəllüdlü Cəfərov Elbrus Yəhya oğlu, 1971-ci il təvəllüdlü Əhmədov Aqil Şamil oğlu olmaları müəyyən edilib.

Üzmə heyətinin digər üzvü Neftçala rayo­nu­nun sakini 1976-cı il təvəl­lüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları hal-hazıradək nəticə verməyib.

Paylaş

 Xəbəriniz olsun