İtkin düşən 82 yaşlı kişinin asılmış meyiti tapılıb

  • SpaceTV
  • 6 Sentyabr 2019 12:35

Qaxda 82 yaşlı kişi dörd gün idi ki,itkin düşmüşdü. Əməkdaşlarımız rayon sakininin itkin düşməsi ilə bağlı xəbər hazırlamaq üçün həmin ünvana yollanıblar .Elə çəkiliş qrupumuz orada olduğu müddətdə yaşlı kişinin ölüm xəbəri gəlib.

Biz şəkildə gördüyünüz 82 yaşlı Ləkit kənd sakini Aslan Ağamalıyevin itkin düşməsi ilə bağlı xəbər hazırlayırdıq. Mərhumun qonşuları ilə söhbətimiz zamanı məlum oldu ki, sentyabr ayının 1-dən etibarən itkin düşən Aslan Ağamalıyevi kəndin hər yerində axtarıblar. Səhər saatlarında evdən heç kimə heçnə demədən çıxıb gedən mərhumu günlər keçsə də tapa bilməyiblər.

Axtarışların dördüncü günü hər kəs Aslan Ağamalıyevin sağ tapılacağına ümüd etsə də, gələn acı xəbər yaxınlarını və qonşularını sarsıtdı. Məlum oldu ki,yaşlı kişi,yaşadığı ünvandan təqribən 3 kilometr məsafədə ilkin ehtimala görə,intihar edib.

Meşədə asılmış vəziyyətdə meyiti tapılan 82 yaşlı kişi,Ləkit kəndində oğlu,gəlini və nəvələri ilə yaşayıb.Onun qızları və digər oğlu Rusiya Federasiyasında yaşayır.

Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov -Space -Qax

Paylaş

 Xəbəriniz olsun