İtkin balıqçının ailəsi danışdı

  • SpaceTV
  • 16 Oktyabr 2019 15:27

Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədi ilə dənizə çıxaraq itkin düşən, 43 yaşlı Vurğun Quliyevin axtarışları hələ də davam edir. Hadisənin təfərüatlarını öyrənmk məqsədi il çəkiliş qurupumuzla birlikdə itkin düşən balıqçının ailəsində olduq, onlara təsəlli verdik. Söhbət əsnasında öyrəndik ki, 3 uşaq atası olan Vurğun Quliyev əvvəllər balıqçılıqla məşğul olub. Lakin son iki ildə bu sahədən uzaqlaşıbmış. Bu yaxınlarda isə yoldaşlarının təkidindən sonra onlarla balıq ovlamağa razılıq verib.

Oktyabrın 2-də Vurğun Quliyev 3 nəfər həmkəndlisi ilə birlikdə Bakıya gedir. Balıq tutmaq üçün yoldaşları ilə bayda tipli qayıqla Pirallahı rayonundan dənizə çıxırlar. Ailəsi ilə tez-tez əlaqə saxlayan Vurğunun sonuncu zəngi oktyabrın 6-da olur

O gündən Vurğun və balıqçı yoldaşları ilə əlaqə kəsilir. Bununla bağlı aidiyyati qrumlara məlumat verilir. Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, dövlət  sərhəddinin mühafizəsində olan sərhəd gözətçi gəmiləri cəlb olunur.  Vurğunun doğmalarının dediyinə görə, dalğalar onların olduğu badyanı çevirir. Çevrilmiş badyadan tutaraq bir-birindən ayrı düşməsinlər deyə, qollarına zəncirvari ip bağlayırlar. Beləcə 11 saat qolları bağlı dənizdə qalırlar.

Yoldaşlarının dediyinə görə, Vurğun dözə bilmədiyinə görə qollarının açılmasını istəyib. Onun istəyi yerinə yetirilib. Əlləri açılan kimi o, “dostlar sağ olun, mən getdim” deyə dalğalara baş vurub və dalğalar da onu ağuşuna alıb. Axtarışlar zamanı oktyabrın 9-da 39 yaşlı Valeh Babayev,  44 yaşlı Elbrus Cəfərov və 48 yaşlı Aqil Əhmədov dənizdən çıxarılaraq xilas edilir. Tək Vurğundan başqa. Artıq bir həftədən çoxdur ki, itkin düşmüş balıqçı Vurğun Quliyevin axtarışı davam etdirilir. Bu axtarışlar hələ ki, nəticəsiz qalıb.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun