İtgin düşən gəlin tapıldı -FOTO

  • SpaceTV
  • 25 Sentyabr 2019 15:43

Bu günlərdə “Hər Gün”ə iki uşaq anası olan gənc bir xanımın itgin düşməsi ilə bağlı şikayət daxil olmuşdu. Bu şikayətin arxasınca getdik. Ortaya maraqlı məqamlar çıxdı.

Abşeron rayonunun Masazır qəsəbəsi, Atatürk küçəsi, ev 9 ünvanında yaşayan Zaur Davud oğlu Qurbanov deyir ki, qeyri-qanuni yaşadığı  Nuranə Balabəy  qızı Əhmədova avqust ayının 30-dan itgin düşüb.

Bir qədər onların həyat hekayələrini dinləyirik. Məlum olur ki, müsahibimiz  itgin düşən qadınla Masallı rayonunda tanış olub.

Masallıda işləməyə getmişəm. Qonşuda xanımla tanış olmuşam. Onun iki uşağı vardı. Ciddi fikrimi bildirdim. Dedi uşaqlarımı qəbul et. Dedim razıyam. Anası, bacısı gəldi. Danışdıq. Razılaşdıq.

Müsahibimizin sözlərinə görə bundan sonra o Nuranə ilə bir yerdə yaşamağa başlayıb.

Amma Zaurun dediyinə görə bu xoşbəxtlikləri uzun çəkməyib.

Amma olanlar bundan sonra başlayıb…

Zəng etdi dedi ki, kənddə məni hədələyirlər. Dedim gəlim, dedi yox. Ev tutdum. Onu gətirdim.  2019- cu il avqust ayının 30-u  günorta radələrində o uşağı da götürərək evdən çıxıb, bir daha geri qayıtmadı.

Mühasibimizin sözlərinə görə, o hazırda Masallı rayonunda Rasim adlı şəxslə birlikdə yaşayır və uşağın Zaura aid olmadığını bildirir. Məsələni bir qədər araşdırmağa çalışırıq. Bölgədə olan əməkdaşlarımız yollanır, Nuranənin atası evinə. Burda Nuranənin sağ-salamat olduğunu və Rasim adlı şəxslə birgə yaşadığını öyrənirik. Amma bəzi faktlar ortaya çıxır. 

Mən qızın anasıyam. Oğlan burada işləyirdi, biz ona qızı vermədik. Qıza şayələr atdı. Sonra onun atası buradan oğlanı çıxartdırdı.

Bəs necə olub ki, atasının istəmədiyi  oğlanla Nuranə bakıya gəlib və bir yerdə yaşamağa davam edib.

Qızı təhdid elədi, dedi ki, “keçmiş ərinə deyəcəm, uşaqları əlindən aldıracam”. O, da qorxusundan qoşulub buna getdi.

Qızın anası deyir ki, Zaurun söylədiyi bəzi sözlər də yalandır.

Onu orada döyüb, ağzı-burnunu partladıb, heç bizim xəbərimiz də olmayıb. Qız gecə ilə qaçıb 2 uşağınıda gətirib. Heç bu saat evə də gəlməyib, Masallıda qalır.

Qızımın 2 uşağı var birinci yoldaşından, bir oğlan, bir qız. Rəsmi nikah olub, boşatdırmışıq, indi aliment də alır. 

Qeyd edək ki, Nuranə Əhmədovanın ilk evliliyindən iki uşağı,  4 yaşında oğlu, 3 yaşındadır.

Elvira Səfərli Rövşən Almasoğlu Space

Paylaş

 Xəbəriniz olsun