İtgin düşən 2 uşaq anasından xəbər var

  • SpaceTV
  • 24 Oktyabr 2019 17:58

Şəmkirdə  itgin düşən iki uşaq  anası   Bakıda  tapıldı  . Oktyabrin 17- də   günorta saatlarında  övladlarını   ata  evinə   qoyaraq  kirayyə qaldığı  evə   getmək  adı ilə   evdən cıxan  Gülnaz Tanrıquliyeva  naməlum itiqamətdə   kəndi  tərk etmişdi  . Ailə  üzvləri   eləcədə  Sabirkənd  kəndinin sakinləri   Gülnazı  hər yerdə  axtarsalarda  gördüm deyən olmamışdı  . Hətta dəfələrlə   ailəyə  məlumat  daxil olub ki  Qızlarını  Kəndin ətrafinda karxana  yaxınlığında  daha  sonra  rayon mərkəzinə  yaxın  dəmiryolu  ətrafında  görüblər lakin  sözü  gedən əraziyə  baxış kecirsələrdə   nəticə əldə  edə bilməyiblər  .  Ailənin SPACE   TV-ə   müraciətindən  sonra    Gülnazın yeri məlum olub beləki   Psixi  problem olan  Gülnaz  Tanrıquliyeva  paytaxt  Bakıda  Avtovağzal yaxınlığında  bir  qadın tərəfindən  tapılıb .  Dərhal  onun yaxınlarına  məlumat verilib . Bu gün isə   O  ailəsinə   gətirilib  . Danışmaqdan cox  dinləməyə   üstünlük  verən  qadından iki azyaşlı övladını evdə  qoyaraq   evdən  getməsinin səbəbini  soruşduq  .

Günlazın anası Elmira  Alırızayeva  da  qızının hələ  12 yaşında olduğu bir vaxtdan bəri  onda  nevroloji problemlərin  olduğunu bildirərək    hər il  müalicə olunduğunu deyir  . Ana bildirir ki ,  qızı  psixi   xəstədir .  Bu  səbəbdəndə   o  itgin düşüb  .  Ana  bildirir ki qızı  bağda ot  alaq  təmizləyərkən  əlinə   qurd  dəyib.  Bundan sonra  Gülnaz anasına  murdarlandığını deyərək   bəhanə ilə  evdən cıxıb və   geri qayıtmayıb .

Qeyd edək ki, Gülnaz   5 il  əvvəl     Ruslan  Tanrıverdiyevlə ailə həyatı qurub . bu nigahdan   iki  qız övladları  var  .  

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun