İtaliyanın “İnter” klubu fəaliyyətini dayandırdı

  • Space TV
  • 12 Mart 2020 10:41

“Yuventus”un müdafiəçisi Daniele Ruqanidə koronavirus xəstəliyinin aşkar edilməsi İtaliyanın digər klublarını təşvişə salıb.

SPACE TV  xəbər verir ki, artıq “İnter” bununla bağlı rəsmi bəyanat yayıb.

Milan təmsilçisi idman fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb: “Yuventus”un futbolçusu Daniele Ruqaninin koronavirus testinin müsbət nəticələnməsindən sonra “İnter” bütün idman fəaliyyətlərini dayandırdı. Klub hazırda bütün lazımi prosedurları həyata keçirmək üçün addımlar atır”.

Qeyd edək ki, martın 8-də A seriyasının XXVI turu çərçivəsində “Yuventus”la “İnter” üz-üzə gəlib, Turin təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Ruqani həmin qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Paylaş

 Xəbəriniz olsun