İtaliyalı səfir silahlıların hücumu nəticəsində qətlə yetirilib

  • Space TV
  • 22 Fevral 2021 17:27

İtaliyanın Konqodakı səfiri Luka Attanasio silahlıların hücumu nəticəsində həlak olub.

“France-Presse” bu barədə Konqodakı mənbələrə istinadən məlumat yayıb.

Silahlı qruplaşmanın üzvləri BMT-nin Ümumdünya Qida Proqramı çərçivəsində humanitar yardım daşıyan maşın karvanına hücum ediblər.

Həmin maşınlardan birində İtaliyalı diplomat olub.

Paylaş

 Xəbəriniz olsun