İtaliyalı futbol hakimi və sevgilisi öldürüldü

  • SpaceTV
  • 22 Sentyabr 2020 10:51

Futbol hakimi Daniele De Santis öldürülüb.

Spacetv.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

Hadisə ölən şəxsin Leççedəki evində baş verib. 33 yaşlı hakim və sevgilisi 30 yaşlı Elenoranın cəsədləri sentyabrın 21-də tapılıb.

Qonşuların sözlərinə görə, hadisədən əvvəl evdə dava olub, daha sonra cinayətkar cütlüyü bıçaqlayıb. Onlar, həmçinin, evdən əlində bıçaqla qaçan kişini gördüklərini də qeyd ediblər.

Qeyd edək ki, De Santis Seriya C və B-də 130-dan çox qarşılaşmada hakim olub.

Paylaş

 Xəbəriniz olsun