İtaliyadan ŞAD XƏBƏR: Koronavirusa qarşı vaksin hazırdır

  • SpaceTV
  • 7 May 2020 10:53

Çində meydana gələn yeni növ koronavirusa qarşı peyvənd çalışmalarının bütün dünyada davam etdirildiyi zamanda növbəti xəbər İtaliyadan gəlib.

SPACE TV xəbər verir ki, İtaliyada mütəxəssislər yeni növ koronavirusa qarşı ilk vaksini hazırladıqlarını ictimaiyyətə açıqlayıblar. Bildirilib ki, yaxın zamanda vaksin insanlar üzərində sınaqdan keçiriləcək. İlk sınaqlar isə siçanlar üzərində baş tutub və vaksin koronavirusun yoluxmasını dayandıra bilib.

Vaksini hazırlayan şirkətin rəhbəri payız ayında kütləvi sınaqlara başlayacaqlarını deyib.

Paylaş

 Xəbəriniz olsun