İtaliyadan həyəcan siqnalı: Venesiya su altında qala bilər

  • SpaceTV
  • 18 Noyabr 2019 13:23

Venesiyada suyun səviyyəsi yenidən maksimal həddə çata bilər.

Dünya mətbuatında həyəcanla yayımlanan məlumatlara görə, Venesiyada su səviyyəsinin 160 santimetrə qədər yüksələcəyi gözlənilir.REKLAM

Dünyanın ən gözəl şəhərlərindən olan Venesiyanın 77 faizinin su altında qalacağı gözlənilir. Şəhər meri Luici Brunyaro mərkəzi San-Marko meydanının bağlandığını bildirib.

Xatırladaq ki, dünən İtaliya hökuməti Venesiyaya laqeyd olmayan insanlara üz tutaraq, daşqından sonra kömək etməyi xahiş edib

Həmçinin İtaliya hökuməti subasmanın ilkin nəticələrinin aradan qaldırılması üçün 20 milyon avro ayırıb, kreditlərin müddəti bir illik dondurulub.

Paylaş

 Xəbəriniz olsun