İtaliyada üsyan qaldıran məhbuslar həbsxanadan qaçıb

  • Space TV
  • 11 Mart 2020 17:00

İtaliyada həbsxanalarda koronavirusla bağlı baş vermiş etirazlarda 12 məhbus ölüb.

“Haber Global”ın xəbərinə görə, 20-yə yaxın həbsxanada etirazlar üsyanla nəticələnib.

Eyni zamanda, Foggiyada yerləşən həbsxanadan 77 nəfər məhbusun qaçdığı bildirilib.

Onların bir hissəsinin tutulduğu, 20 nəfərin isə axtarıldığı qeyd edilir.

Xatırladaq ki, martın 8-də İtaliyada dörd həbsxanada məhbusların üsyan qaldırdığı barədə xəbər yayılmışdı. Buna səbəb hökumətin 8-22 mart tarixlərində koronavirusla bağlı məhbusların qohumları ilə görüşünə icazə verməməsi olub.

Paylaş

 Xəbəriniz olsun