İtaliyada su qiymətinə evlər satılır

  • Space TV
  • 20 Avqust 2020 12:32

İtaliya hökuməti Sambuka di Siciliyada 2 avrodan başlayan qiymətlərlə ev satışını həyata keçirməyi planlaşdırır. Spacetv.az bu barədə xarici mediaya istinadən məlumat yayıb. Məqsəd həmin ərazilərdə demoqrafik göstəriciləri yüksəltməkdir. Proqrama cəmi 15 binanın daxil edilməsi planlaşdırılır. Onda iştirak şərtləri eyni olaraq qalır – alıcılar üç il ərzində binaları öz hesablarına bərpa etməli olacaqlar. Onlardan da yerli xəzinəyə 5 min avro əmanət qoymaq tələb olunur – təmir sonunda geri qaytarılacaq. 

Qeyd edək ki, əvvəllər bələdiyyə artıq oxşar bir satış keçirmişdi və o zaman qiymət rəmzi olaraq 1 avro idi.

Paylaş

 Xəbəriniz olsun