İtaliyada son sutkada 250 nəfər koronavirusdan öldü

  • Space TV
  • 14 Mart 2020 10:38

İtaliyada 3 həftədir yayılan koronavirusdan son 24 saatda rekord sayda ölüm halı qeydə alınıb.

SPACE TV  xəbər verir ki, son sutka ərzində ölkədə 250 nəfər koronavirusdan həyatını itirib, bununla da İtaliyada koronavirusdan ölənlərin sayı 1266 olub. Ümumilikdə ölkədə 14 min 955 insan koronavirusa yoluxub.

Həyatını itirənlərin yaş ortalamasının 80 olduğu bildirilib. Qırmızı bölgə elan olunan ilk bölgə olan Lodiqianoda son sutkada ölüm halı aşkarlanmayıb.

Paylaş

 Xəbəriniz olsun