İtaliyada qatar relsdən çıxıb, ölən və xəsarət alanlar var

  • SpaceTV
  • 6 Fevral 2020 12:14

Bu gün İtaliyada Milan-Bolonya marşrutu ilə hərəkətdə olan sürət qatarı relsdən çıxıb, nəticədə 2 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

SPACE TV  bildirir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb. Milandan yola çıxan sürət qatarı Lodi yaxınlığında relsdən çıxıb. Xilasedicilərin məlumatına görə, 2 nəfər ölüb, 30 nəfər yaralanıb. Yaralılardan 28 nəfər yüngül xəsarət alıb.

İlkin məlumata görə, qatarın ilk iki vaqonu relsdən çıxıb.

Qəzanın baş vermə səbəbi hələlik məlum deyil.

Paylaş

 Xəbəriniz olsun