İtaliyada koronavirus niyə bu qədər çox insanı öldürdü? – Səbəb açıqlandı

  • SpaceTV
  • 2 Aprel 2020 11:35

İtaliyada yeni növ koronavirusdan ölənlərin sayının niyə yüksək olduğu açıqlanıb.

SPACE TV xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyi tərəfindən hazırlanan və elmi jurnalda dərc edilən məqalədə qışın isti keçməsinin buna təsir etdiyi qeyd edilib. Həmçinin bildirilib ki, noyabr-yanvar aylarında adi qrip əvvəlki illərə nisbətən az təsirli olub və adi üçün risk qrupunda olan insanlar yeni növ koronavirus nəticəsində ölüblər.

Statistikaya görə, İtaliyada hər il 8 min insan qripdən ölür. Lakin bu il bu rəqəm çox aşağı olub. Ölkənin şimalında qripdən ölüm faizinin 6%, mərkəz və cənubda isə 3% olduğu bildirilib.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 110 min 554-dür. Virus səbəbindən ölənlərin sayı isə 13 mini keçib.

Paylaş

 Xəbəriniz olsun