İtaliyada daha 214 nəfər virusa yoluxdu

  • SpaceTV
  • 10 İyul 2020 09:48

İtaliyada son sutka ərzində 214 nəfər koronavirus infeksiyasına yoluxub.

space tv xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 242 min 363 nəfərdir. Son bir gündə pandemiya qurbanlarının sayı 12 nəfər artaraq 34 min 926-ya çatıb.

Paylaş

 Xəbəriniz olsun