İtaliyada baş nazirin istefası gözlənilir

  • Space TV
  • 26 Yanvar 2021 10:06

İtaliyanın baş naziri Cüzeppe Kontenin yanvarın 26-da Nazirlər Kabinetinin iclasında istefa verəcəyi gözlənilir.

“RİA Novosti” agentliyi bu barədə İtaliya Respublikasının Baş nazirinin rəsmi iqamətgahından yayılan məlumata istinadən xəbər yayıb.

Qeyd olunur ki, daha sonra istefa ərizəsi İtaliya Respublikasının prezidentinə təqdim olunacaq.

Paylaş

 Xəbəriniz olsun