İtaliya xüsusi karantin rejimindən çıxır?

  • SpaceTV
  • 6 Aprel 2020 14:00

İtaliya koronavirus karantinindən çıxmağı planlaşdırır.

SPACER TV xəbər verir ki, son 2 həftədə İtaliyada ən aşağı ölüm nisbəti qeydə alındıqdan sonra hökümət karantinə son verməyi planlaşdırdığını açıqlayıb.

İtaliyanın Səhiyyə naziri Roberto Speranza deyib ki, 9 Mart tarixindən etibarən demək olar ki, həbsxanaya bənzədilən sərt karantin şərtlərinin tədricən yumşalma qərarı verdiyini açıqlayıb.

Nazir bildirib ki, bu sahədə bir sıra tədbirlərin görüləcəyi yeni bir paketin elan ediləcək. Digər tərəfdən, hərtərəfli test araşdırmalarının və ciddi tibbi xidmətlərin davam etdiriləcək

Romadakı fövqəladə vəziyyət isə iki mərhələdə tənzimlənəcək. Buna görə də,koronavirusdan daha sürətli və daha effektiv müalicəsi üçün yerli səhiyyə sistemləri gücləndirilməli, üz maskalarının istifadəsi bütün sahələrə şamil edilməlidir. İtalya Səhiyyə naziri xüsusi ilə vurğulayıb ki, “Koronavirus viruslarının ikinci dalğasının ölkədə yayılmasının qarşısını almaq üçün bu qaydalara riayət etməyi təmin etməliyik”.

Paylaş

 Xəbəriniz olsun