İtaliya mafiyasından təcili yardım maşını sürücülərinə göstəriş: “Səs siqnallarını qoşmayın!”

  • Space TV
  • 5 Fevral 2021 10:40

İtaliyanın Napoli şəhərində mafiyadan təcili yardım xidmət işçilərinə qeyri-adi əmr gəlib.

Belə ki, narkotik satıcılarını qorxutduğu üçün sürücülərə səs siqnallarının və sayrışan işıqların istifadəsi qadağan edilib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, ötən həftə iki mafiya üzvü təcili tibbi yardım maşınını saxladaraq səs siqnallarını söndürmələrini, əks halda sürücünü öldürəcəklərini bildiriblər.

Onlar narkotik alverçilərinin bu siqnalı polis maşınınkı ilə dəyişik salaraq qaçdığını deyiblər.

Bundan sonra tibb işçiləri polislərdən mühafizə tələb ediblər.

Mafiya üzvləri tərəfindən hədələnən sürücülərdən Manuel Ruggiero yerli mediaya açıqlaması zamanı Sanita və Traiano da daxil olmaqla, digər məhlələrdə səs siqnalı istifadə etməmələri barədə əmr aldıqlarını deyib.

“Səs siqnallarını ancaq ərazini tərk etdikdən sonra qoşa bilirik”, – deyə bildirən sürücü, belə hallarda ağır xəstələrin yanına gecikdiklərini vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun