İtaliya koronavirusdan ölümə görə dünyada ilk sıraya yüksəldi

  • Space TV
  • 9 Mart 2020 09:06

İtaliya koronavirusdan ölüm nisbətinə görə dünyada birinci yerə yüksəlib. Belə ki, ölkədə virusa yoluxan hər 20-ci şəxs dünyasını dəyişib.

SPACE TV  xəbər verir ki, bu barədə “RİA Novosti”nin hazırladığı statistik xülasədə qeyd olunub.

Bazar günü ( 8 mart – Red) İtaliyada koronavirusdan ölənlərin sayı kəskin şəkildə artıb – 366 nəfər (yoluxmuş 7 300 nəfərdən 4.96%).

Ölüm nisbəti üzrə ikinci yerdə İran (2,96%), üçüncü yerdə isə Çin (3,83%) qərarlaşıb.

Koronavirusdan ən aşağı ölüm nisbəti Cənubi Koreyadır. Burada yoluxanların 0.68% -i dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Paylaş

 Xəbəriniz olsun