İtaliya koronavirusa yoluxanların sayına görə İranı geridə qoydu

  • Space TV
  • 4 Mart 2020 11:39

İtaliya koronavirusa yoluxanların sayına görə İranı geridə qoyub.

Lenta.ru-nun məlumatına görə, bu barədə Cons Hopkins Universitetinin hesabatında bildirilir.

Martın 4-nə olan məlumata görə, İtaliyada 2502 virusa yoluxma halı qeydə alınıb. İranda isə bu göstərici 2336-dır. Beləliklə, Avropa ölkəsi yoluxanların sayına görə, Çindən və Cənubi Koreyadan sonra üçüncü ölkə oldu.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində qeydə alınıb. Martın 4-nə olan məlumata görə, 93,2 min insan virusa yoluxub. Onlardan 3,2 min nəfər ölüb, 50 mindən artıq insan isə sağalıb. Yoluxma halı dünyanın 70-ə yaxın ölkəsində qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun