İtaliya klubunun futbolçuları maaşlarından imtina etdi

  • SpaceTV
  • 12 May 2020 10:50

İtaliyanın “Kalyari” klubunun futbolçuları aprel ayının maaşından imtina ediblər.

Gazeta.ru xəbər verir ki, bu barədə Sardiniya klubunun mətbuat xidməti məlumat yayıb.

Klub prezidenti daha az maaş alan işçilərinə maddi cəhətdən kömək etmələrinə görə futbolçularına xüsusi minnətdarlığını ifadə edib.

Qeyd edək ki, “Kalyari” klubu cari mövsümdə keçirdiyi 25 görüşdən sonra 32 xalla turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.

Paylaş

 Xəbəriniz olsun