İtaliya futbol klubunun prezidentinə qarşı araşdırma aparılır

  • Space TV
  • 25 May 2020 10:35

İtaliyanın “Latsio” futbol klubunun prezidenti Klaudio Lotitoya qarşı araşdırmaya başlanılıb.

TASS xəbər verir ki, araşdırma İtaliya Futbol Federasiyası (FIGC) tərəfindən aparılır.  

Səbəb klub prezidentinin martın 8-də keçirilmiş “Yuventus” – “İnter” matçının danışılmış xarakterli olduğuna dair açıqlamasıdır. Əgər Lotitonun dedikləri təsdiqlənməsə, ona qarşı müvafiq sanksiya irəli sürülə bilər.

Məlumat üçün qeyd edək ki, “Latsio” A Seriyasında 62 xalla ikinci pillədədir. 

Paylaş

 Xəbəriniz olsun