İtaliya “Avropanın ürəyində saatlı bomba” kimi qəbul edildi

  • SpaceTV
  • 1 Oktyabr 2020 11:40

İtaliya artan dövlət borcu ilə Avropanın mərkəzində “saatlı bombaya” çevrilib.

Spacetv.az xəbər verir ki, bu barədə “Bloomberg” xəbər yayıb.

Bildirilir ki, 2020-ci ildə koronavirus pandemiyası səbəbindən artan xərclər fonunda Avropanın üçüncü böyük iqtisadiyyatının dövlət borcu ÜDM-in 158 faizinə çatacaq.

Roma çoxmilyardlı ümumavropa iqtisadi xilasetmə planının əsas benefisiarlarından biri olsa da, yaxın gələcəkdə hətta Brüsselin köməyilə də maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkün olmayacaq.

Bildirilir ki, Aİ-nin dəstəyi ilə İtaliyadakı vəziyyətin sabitləşməsi yaxın onilliyin çox hissəsini alacaq. Bundan sonra da müsbət dinamikanın davam edəcəyi və İtaliyanın iqtisadi böyüməsinin səngiməyəcəyi barədə zəmanət verilmir.

Paylaş

 Xəbəriniz olsun