İt sahibinin əlinə ağır xəsarət yetirib

  • SpaceTV
  • 5 Noyabr 2019 16:23

Rayonun Höytala kənd sakini,54 yaşlı Gülnarə Əhmədova yaşadığı ünvanda ailəsinə məxsus iti tumarlayıb yemək verən zaman it qəfildən qadının sol əlini qaparaq gəmirməyə başlayıb. İtin dişlərindən canını zorla qurtaran və sol əlindən ağır xəsarət alan Gülnarə Əhmədova dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tibb müəssəsindən verilən məlumata əsasən G. Əhmədovaya sol əlin cırılmış-deşilmiş, didilmiş və vətərlərin zədələnməsi dioqnozu qoyulub. G. Əhmədovanın əlində cərrahiyyə əməliyyatı aparılıb, quduzluq əleyhinə qarşı peyvəd vurulub. Müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir.

İLKİN PİRANOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun