İt azyaşlı uşağa xəsarət yetirib – VİDEO

  • Space TV
  • 3 Sentyabr 2020 12:25

Şəkidə 10 yaşlı uşağa hücum edən it ona çoxsaylı xəsarətlər yetirib.

Space TV-nin xəbərinə görə, hadisə Şəki şəhərinin 25-ci kvartal adlanan yeni yaşayış massivində baş verib. 10 yaşlı Taleh Mustafayev küçəyə həmyaşıdları ilə oynamağa çıxıb və bu zaman itin hüçumuna məruz qalıb. İt onun baş, qol və digər nahiyələrinə xəsarət yetirib. Qonşuların köməyi ilə üşaq itin əlindən alınaraq Şəki Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada azyaşlıya baş, gicgah- təpə, cənə, sağ əlin bazu, said nahiyələrində qanaxmayla müşayət olunan çoxsaylı it dişləməsi cırılmış, cızılmış, didilmiş yaralar diaqnozu qoyulub.

Şəki rayon xəstəxanasından bildirilib ki, T.Mustafayev bədənin coxsaylı it dişləməsi və cırılmış yarası xəsarətiylə cərrahi şöbədə stasionar müalicə alır. Xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Faktla əlaqədar aidiyyatı qrumlarda araşdırma başlanıb.

Paylaş

 Xəbəriniz olsun