İsveçrədə 14 yeniyetməni futbol meydançasında ildırım vurdu

  • SpaceTV
  • 23 Sentyabr 2020 10:25

İsveçrədə futbol oynayan 14 yeniyetmə ildırım vurması nəticəsində xəsarət alıb.

Spacetv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Sankt-Qallen bölgəsinin polis idarəsi məlumat yayıb.

“Əldə etdiyimiz son məlumata görə, ildırım işıq dirəyini vurub və gərginlik yerə keçərək meydançaya yayılıb”, – polis idarəsinin məlumatında qeyd olunub.

Zərərçəkənlərin hamısı 15-16 yaşlı yeniyetmələrdir.

Prokurorluq insidentin təfərrüatını araşdırır.

Paylaş

 Xəbəriniz olsun