İsveçrə klubunda 22 nəfər koronavirusa yoluxdu

  • Space TV
  • 3 Noyabr 2020 11:52

İsveçrənin “Sion” klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Spacetv.az “srf.ch” saytına istinadən xəbər verir ki, 45 nəfərdən götürülmüş testlərdən 22-si müsbət çıxıb.

İnfeksiyaya yoluxanlarınlarda 13-ü futbolçudur. Karantinə alınan komandanın “Bazel”lə çempionat oyunu təxirə salınıb.

İsveçrə Futbol Federasiyası daha əvvəl eyni səbəbdən “Lütsern” – “Sion” və “Vaduts” – “Servett” matçlarının da vaxtını dəyişib.

Paylaş

 Xəbəriniz olsun