İstirahət günü işləmək istəməyən işçiyə müdirdən sərt işgəncə

  • Space TV
  • 29 Dekabr 2020 10:20

İstirahət günü əlavə işləmək istəməyən işçi müdiri tərəfindən qəddarcasına işgəncəyə məruz qalıb.

Spacetv.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.

Bildirilir ki, hadisə Moskva şəhərində baş verib. Məlumata görə, müdiri etiraz edən işçini əvvəlcə döyüb, sonra isə üzünə qaz tapançası ilə atəş açıb.

Yaralıya burun sınığı və gözlərdə kimyəvi yanıq diaqnozu qoyulub.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

Paylaş

 Xəbəriniz olsun