İstirahət günlərinin havası: şimşək çaxacaq, yağış yağacaq

  • SpaceTV
  • 11 Oktyabr 2019 18:31

Ölkə ərazisində istirahət günləri üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Böyük və Kiçik Qafqazda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Oktyabrın 13-də hava yağmursuz  keçəcək. Qərb küləyi oktyabrın 12-də bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu dağətəyi rayonlarda  20-25,  dağlıq rayonlarda  12-17 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-si axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın  intensiv olacağı ehtimalı var.  Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 14-17 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında  havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 12-si gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi oktyabrın 12-də ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında  hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-si axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi oktyabrın 12-də ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.     

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 12-si axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə hava  dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-də bəzi yerlərdə yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Oktyabrın 13-də mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 20-23 dərəcə isti təşkil edəcək.

Paylaş

 Xəbəriniz olsun