İSTİ HAVALAR QƏZALARA SƏBƏB OLUR

  • Space TV
  • 20 İyul 2020 17:47

Sürücünün sükan arxasında yuxuya getməsi ,ani halda  səhhətinin pisləşməsi , yüksək sürət və bir çox amillər var ki, bəzən yol nəqliyyat hadisələriniqaçılmaz edir.Son vaxtlar havaların həddindən artıq isti keçməsi əksər  avtomobillərdə nasazlıq yaradır, odur ki, sürücülər texniki cəhətdən nasaz avtomobillərlə  yola çıxarkən daha diqqətli olmalıdırlar.

Nəqliyyat üzrə ekspert Fərhad Eyyubov deyir, yay aylarında baş verən qəzaların statiskasına nəzər salsaq görərik ki, həmin hadisələrin iştirakçısı olan  avtomobillərin əksəriyyəti ya sovet istehsalı olan nəqliyyat vasitələridir,  yada texniki vəziyyəti qənaətbəxş olmayan avtomobillərdir.

Ustalar isə sürücülərin avtomobillərini  fəslə uygun texniki yoxlanışdan keçirmələrinin vacibliyini vurğulayırlar.Avtomobil mühərriyi  ustası Camal Abusəlimov bildirir ki, şaxtalı və qarlı hava şəraitində avtomobillərin texniki baxışdan keçirilməsi nə qədər vacibdirsə isti havalarda da bu proses bir o qədər önəm daşıyır.

qeyd edək ki, son 1 ay ərzində ölkə yollarında baş vermiş 1 neçə yol nəqliyyat hadisəsinə  isti havanın  təsirindən nasazlıq yaranan  avtomobillərin səbəb olduğu bildirilir.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun