İstehlak üçün yararsız minlərlə ton dondurulmuş balıq məhv edilib – FOTO

  • Space TV
  • 22 Dekabr 2020 11:32

“Kompas” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Rusiyadan ölkəmizə idxal olunan dondurulmuş putassu balığından götürülən nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinəsi nəticəsində məhsulda “Anizakislər” (parazitlər) aşkar edilib. Məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, bununla bağlı istifadəyə yararsız olan 7 320 kq məhsul partiyası agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

Həmçinin Məmmədli Azər Tofiq oğlu tərəfindən Rusiyadan idxal olunan dondurulmuş toyuq filesi məhsullarından götürülmüş nümunələrdə də patogenlər, o cümlədən salmonella aşkar edildiyi üçün məhsul partiyalarının sanitariya-epidemioloji qaydalara və normativlərə cavab vermədiyi məlum olub. Bununla bağlı istifadəyə yararsız olan 4980 kq məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

Paylaş

 Xəbəriniz olsun