İstanbulda təyyarə qəzasının qurbanları artdı: 179 yaralı, 3 ölü

  • Space TV
  • 6 Fevral 2020 10:59

İstanbulda Sabiha Gökçen Hava limanında təyyarənin zolaqdan çıxması ilə meydana gələn qəzada 179 nəfər yaralanıb, 3 nəfər isə ölüb.

SPACE TV “Haberler.com”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. O bildirib ki, yaralılardan heç birinin vəziyyəti ağır deyil. Təyyarənin pilotları isə ağır yaralı olaraq təyyarədən çıxarılıblar.

Dünən axşam qəza ilə bağlı bağlanılan zolaqda bu gün yenidən uçuşlara başlanılıb.

Paylaş

 Xəbəriniz olsun