İstanbulda iri terror aktının qarşısı alınıb

  • SpaceTV
  • 29 Oktyabr 2019 16:37

İstanbulda Türkiyə kəşfiyyat xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində iri terror aktının qarşısı alınıb.

SPACE TV bildirir ki, Fatih rayonunda Cümhuriyyət bayramı ilə bağlı keçirilən yürüş zamanı terror aktı planlaşdıran İŞİD terror təşkilatının 3 üzvü saxlanılıb.

Saxlananların vətəndaşlığı barədə məlumat verilməyib.

Bundan başqa, bu gün Bursa vilayətində də antiterror əməliyyatı keçirilib və 26 nəfər saxlanılıb. Onlardan 12-i Suriya vətəndaşıdır.

Paylaş

 Xəbəriniz olsun