İstanbulda dəniz reysləri təxirə salındı – Hava şəraiti kəskinləşdi

  • Space TV
  • 7 Yanvar 2020 10:32

İstanbulda dəniz reysləri təxirə salınıb.

Yerli KİV-lərin məlumatına görə, buna səbəb hava şəraitinin kəskinləşməsi olub.

Məlumata əsasən, iki gün ərzində İstanbul və ətraf bölgələrdə leysan yağışlar və güclü külək müşahidə olunacaq. Küləyin sürеyi saniyədə 24 metr proqnozlaşdırılır.

Qeyd edək ki, dəniz reysləri İstanbulda Yeni il ərəfəsi dekabrın 30-da da təxirə salınıb.  

Paylaş

 Xəbəriniz olsun