İstanbulda böyük yanğın

  • SpaceTV
  • 18 Sentyabr 2019 16:36

İstanbulda baş verən yanğının səbəbi məlum deyil.

Hadisə yerində ara-sıra partlayış səsləri eşidilir. Əraziyə 48 yanğınsöndürən maşın cəlb edilib

İstanbulun Tuzla ərazisində parça zavodu alovlanıb.

Türkiyə mətbuatının verdiyi məlumata görə, güclü külək alovun geniş ərazini əhatə etməsinə səbəb olub. Hazırda yanğının qismən nəzarət altına alındığı bildirilir.

Yanğının baş verdiyi zavod kimya fabrikinə yaxın ərazidə yerləşdiyindən başlayan alov əraziyə təhlükə yaradıb.

Paylaş

 Xəbəriniz olsun