İstanbul-Təbriz təyyarəsi eniş edə bilmədi

  • SpaceTV
  • 18 Yanvar 2020 12:14

Türkiyənin İstanbul şəhərindən Təbriz şəhərinə uçan İranın “IranAirtour” hava yollarına məxsus sərnişin təyyarəsi qarlı hava şəraitinə görə Təbrizin Şəhid Mədəni aeroportuna eniş edə bilməyib.

SPACE TV bildirir ki, bunu İranın Təbriz şəhəri Şəhid Mədəni aeroportunun ictimai əlaqələr şöbəsinin müdiri Məhəmməd Hacıpur deyib.

M.Hacıpurun sözlərinə görə, Təbriz aeroportunda görmə üfüqü 400 metrədək azalıb və eniş zolağı sürüşkəndir.

Paylaş

 Xəbəriniz olsun