İşsizlikdən Sığorta Fondunun büdcəsi ikinci oxunuşdan keçdi

  • Space TV
  • 28 Dekabr 2020 14:09

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Spacetv.az xəbər verir ki, İşsizlikdən Sığorta Fondunun gələn il üzrə büdcəsinin gəlir və xərcləri 157 milyon 769 min 146 manat məbləğində müəyyən edilib.

Fondun gələnilki büdcəsindən işsizliyə görə sığorta ödənişlərinə 13 milyon manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 milyon manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 68 milyon 774 min 200 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Paylaş

 Xəbəriniz olsun