İŞSİZLƏRƏ ŞAD XƏBƏR – VİDEO

  • SpaceTV
  • 6 Avqust 2020 11:20

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilir. Bu barədə Space TV-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi Rəna Abdullayeva məlumat verib. Milli Məclisdə müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi”işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.  Minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. Sığorta ödənişinin verilməsi müqaviləsinə xitam verilmiş müddətli əmək müqaviləsi ilə çalışan şəxslərə də şamil olunacaq. Bu şəxslər digər şərtlər altında  ödəniş alacaqlar.Qanuna edilmiş əsas dəyişikliklərdən biri də, sığorta ödənişinin təyinatının tam avtomatlaşdırılmış formada həyata keçirilməsidir. Layihə qəbul ediləcəyi halda il ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq.Son illərdə sosial təminat növləri üzrə ödənişlərin təyinatının elektronlaşdırılması təmin edilib. Bu işsiz şəxslərin hər hansı quruma müraciət etmədən onlara elektron qaydada işsizlikdən sığorta ödənişinin aparılmasına imkan verəcək.

Paylaş

 Xəbəriniz olsun