İsrailli həkimlər neçə qazimizi əməliyyat edib? – RƏSMİ

  • Space TV
  • 4 Mart 2021 15:07

“YAŞAT” Fondunun təşəbbüsü, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və İsrailin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Azərbaycana gələn israilli həkimlər tərəfindən qazilərimiz müayinə və müalicə olunub.

Spacetv.azın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov deyib.

“İsrailli həkimlər tərəfindən 132 qazimiz müayinə olunub, 22-si əməliyyat edilib. 28 qaziyə isə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq”, – deyə o qeyd edib.

Paylaş

 Xəbəriniz olsun