İsrailli futbolçu Azərbaycan millisinə dəvət olundu

  • Space TV
  • 22 Avqust 2020 11:14

2019/2020 mövsümünün sonunda “Samqayıt”ı Yunanıstan “Atromitos”una dəyişən israilli futbolçu Əmir Ağayev Azərbaycan millisinə çağırılıb.

Spacetv.az “Fosonline.gr” saytına istinadən xəbər verir ki, yığmanın yeni baş məşqçisi İsrail əsilli 28 yaşlı yarımmüdafiəçini UEFA Millətlər Liqasının Lüksemburq və Kiprlə oyunlarına dəvət edib.

İddiaya görə, artıq bununla bağlı AFFA-dan Afina klubuna məktub göndərilib. Ağayev 31 avqust – 8 sentyabr tarixlərinə nəzərdə tutulan təlim-məşq toplanışına qatılmalıdır.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.

Paylaş

 Xəbəriniz olsun