İsrailin cənubunda hərbi helikopter qəzaya uğrayıb

  • Space TV
  • 27 Noyabr 2019 11:55

İsrail Müdafiə Qüvvələrinə məxsus CH-53 “Yasur” hərbi helikopteri ölkənin cənubunda qəzaya uğrayıb, mühərrik nasazlığı səbəbindən helikopterdə yanğın baş verib.

SPACE TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl “Yasur” helikopterinin ekipajı mühərrikin alovlanmasına səbəb olan texniki nasazlıq barədə məlumat verib”, – deyə məlumatda bildirilib.

Mətbuat xidməti helikopterin İsrailin cənubuna endiyini, hadisə nəticəsində itki olmadığını qeyd edib.

Hadisənin araşdırılmasına başlanılıb

Paylaş

 Xəbəriniz olsun